Don't look for the flavour – it will find you

Aromamarketinq nədir və onun alıcılıq qabiliyyətinə, həqiqətən də, təsiri varmı?

Yəqin ki eşitmisiniz: hər özünə hörmət edən brendin məxsusi qoxusu olur. Gəlin görək bu, doğrudan da belədirmi...

Məsələn, McDonald’s öz restoranlarında məxsusi qoxudan istifadə edir və dünyanın müxtəlif ölkələrində qonaqları məhz bu qoxu ilə qarşılayır. Sizcə, bu hansı qoxudur? Təbii ki, fri-kartofun qoxusudur. Bu, McDonald’s brendinin vizit kartıdır.

Hollandiyada McDonald’s çöl reklamında ənənəvi yemək təsvirlərindən imtina etmiş, əvəzində isə qoxudan istifadə etmişlər. Şirkət, hərfi mənada desək, McDonald’s qoxusu gələn banner hazırlamışdı. Bannerdə loqo belə təsvir edilməmişdi, yalnız Mcdonald’s rəngləri olduğu kimi saxlanmışdı. Qoxunu ventilyatorların köməyi ilə gücləndirirdilər. “McDonald’s iyi gəlir” adlı bu kampaniya Hollandiya şəhərlərində 2024-cü ilin aprel ayında TBWA/NEBOKO reklam agentliyi tərəfindən yaradılmışdı.

Qadınlar və kişilər üçün dəbli paltar və aksesuarların pərakəndə satışı ilə məşğul olan dünya brendi Massimo Dutti-nin istifadə etdiyi ən populyar ətir “İn Black”dir. “İn Black” özündə ağac, dəri, ənbər və ədviyyat notlarını birləşdirir. Onun olduqca cəlbedici qoxusu var. Bundan başqa, Massimo Dutti öz mağazalarında aromatizatorlardan da istifadə edir. Ən çox istifadə etdiyi aromat lavanda ətridir. Lavanda sakitləşdirici və rahatlaşdırıcı qoxusu ilə məşhurdur, bu da təbii ki, alıcılar üçün xoş ab-hava yaratmağa kömək edir.

Chanel öz butiklərində əfsanəvi qoxusundan – Chanel №5 ətrindən istifadə edir. Onun qoxusu unikal atmosfer yaradaraq və brendin imicini gücləndirərək bütün zala yayılır.

Nescafe öz dəmir bankasının üst hissəsinə aromatizator əlavə edir ki, açıldıqda istehlakçı təzə üyüdülmüş qəhvənin iyini hiss etsin.

“Samsung” şirkəti qeyd edir ki, qoxular müştərilərə, həqiqətən də, təsir edir, insanlar mağazanın ətirli bölməsində orta hesabla 25% daha çox qalırlar.

İrvayn Kaliforniya Universitetinin tədqiqatçıları qoxuların insan beyninə təsirini öyrənmək üçün 60–85 yaş arası 43 kişi və qadını tədqiqata cəlb etmiş, onları iki qrupa ayırmışlar. Birinci qrupun yatdığı otağa heç bir aromatizator qoymamışdılar. Digər qrupun otağı isə əksinə, müxtəlif qoxularla doldurulmuşdu. 6 ay davam edən eksperiment nəticəsində alimlər müəyyən etdilər ki, qızılgül, portağal, evkalipt, limon, nanə, rozmarin və lavanda efir yağları, həqiqətən də, yaşlı insanlarda yaddaşı yaxşılaşdırır.

Jasmin, çay ağacı, zəncəfil və ardıcın qoxusu beyinin fəaliyyətinə yaxşı təsir edir. Onlardan beyin fırtınası və intellektual düşünmə tələb edən iş yerlərində istifadə oluna bilər. Reyhan, neroli, rozmarin, limon ətirləri isə iş qabiliyyətini artırır.