Bəzən yazılı nitqdə etdiyimiz səhvlər anlaşılmazlığa, fikir, üslub xətalarına gətirib çıxarır. Nəticədə insanlarla doğru-düzgün yazı mübadiləsi apara bilmirik. Yazıda yol verdiyimiz səhvlərdən bir neçəsi – da2, ki, ilə (-la, -lə), ancaq ̶ haqqında vacib qeydlərimizi sizlərlə bölüşürük.
Qeyd: 1
Şəkilçi kimi səhv salınan "da", "də" fərqinə baxaq.
Məsələn: "Mən də kitabxanaya getmək istəyirəm"
Buradan "də"ni çıxarsaq, "Mən kitabxanaya getmək istəyirəm" alınar. Məna eyni qalacaq. Hər iki fikir eynidir: “Mən də kitabxanaya getmək istəyirəm”. Deməli, buradakı "də" ayrı yazılır.
· Məsələn: "Məndə çoxlu sayda elmi əsər var"
Buradan "də"ni çıxarsaq, "Mən çoxlu sayda elmi əsər var" alınır və məna itir. Deməli, burada "də" bitişik yazılır.
· Məsələn: "Məndə də o qələmdən var" ̶ burada iki "də" var. İkincini çıxarsaq, alarıq: "Məndə o
qələmdən var".
Məna itirmi? Xeyr. Birincini də çıxaraq: "Mən o qələmdən var". Burada isə məna itdi. Deməli, birinci bitişik yazılır, ikinci ayrı, yəni: "Məndə də o qələmdən var".
Qeyd: 2
"Ki"dən sonra vergülün iki işlənmə məqamı var:
· Birinci halda "Ki" cümlələri bir-birinə bağlamaq funksiyasını yerinə yetirir.
Məsələn: Evə çatırdım ki, Əhməd məni səslədi. O da bizə aydındır ki, bu məsələ bitib.
· İkinci halda isə "Ki" cümləni bir-birinə bağlamır, sadəcə, fikri, mənanı qüvvətləndirməyə xidmət
edir. Bu zaman ondan sonra vergül qoyulmur.
Məsələn: Sən ki bunu bilirsən.
Mən ki gözəl deyildim.
Qeyd: 3
"İlə" həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün diqqət edin.
· "İlə" bağlayıcı kimi işləndikdə onu vergüllə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olar.
Məsələn: Akif ilə Malik qonşudur ̶ Akif, Malik qonşudur ̶ Akif və Malik qonşudur.
· "İlə" qoşması saitlə bitən sözlərdən ayrı yazılmalıdır.
Məsələn: "Biz gəmiylə getdik" yox, "Biz gəmi ilə getdik" olmalıdır.
* Bu sözlər istisnadır: məqsədilə, münasibətilə, etibarilə, vasitəsilə, xüsusilə
Qeyd: 4
"Ancaq" həm bağlayıcı, həm də ədat kimi işlənə bilər. "Ancaq" bağlayıcı kimi işləndikdə "amma" bağlayıcısı ilə əvəz edə bilirik. Məsələn: Mən səslədim, ancaq (amma) sən eşitmədin.
"Ancaq" ədat kimi işləndikdə "yalnız, təkcə" sözləri ilə əvəz edə bilirik. Məsələn: Ancaq (yalnız, təkcə) səni tanıyıram.